Bu universitetin tələbələri Paşa Bankda işləyə biləcək - Müqavilə imzalandı

15:40 - 15.01.2020


15 yanvar, Fineko/abc.az. Azərbaycan-Fransız Universitetində (UFAZ) Total  E&P Absheron şirkəti-Strasburq Universiteti (Unstra) - UFAZ və Paşa Bank ASC  - Strasburq Universiteti (Unistra)-UFAZ arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirməsi çərçivəsindı rəsmi Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ xəbər verir ki, görüş zamanı eyni zamanda Total E&P Absheron şirkəti ilə Fransa səfirliyi arasında da rəsmi Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə qeyd olunub ki, anlaşmalar Total E&P Absheron, eləcə də UNİSTRA-UFAZ əlaqələrini daha da möhkəmləndirəcək. Sənədləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Total E&P Absheron şirkətinin prezidenti Regis Agut və Paşa Bamk ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov imzalayıb.

Anlaşmaya əsasən UFAZ ilə Paşa Bank arasında tələbələrin bankın təcrübə proqramında iştirak etmələri və məzun olduqdan sonra öz karyeralarını burada davam etdirə bilmələri ilə bağlı görüşlər keçirilib. Belə ki, 2019-cu il sentyabrın 17-də adıçəkilən ali məktəbin 4-cü kurs tələbələri ilk dəfə Paşa Bankın rəqəmsal laboratoriyasında olublar. Mütəmadi olaraq UFAZ-da qonaq olan Paşa Bankın "Digital Lab" komandası tələbələrlə yüksək rəqabət qabiliyyətli İT əmək bazarında davranış bacarıqlarının əhəmiyyəti mövzusunda görüşlər keçirib. Qeyd edək ki, UFAZ 2014-cü ildə yaradılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər