Əməkdaşlarına ən çox sərmayə qoyan bizim bankdır - Paşa Bankın İdarə Heyətinin sədri

15:51 - 15.01.2020


15 yanvar, Fineko/abc.az. Paşa Bank maliyyə bazarında əməkdaşlarına ən çox sərmayə qoyan bankdır.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan-Fransız Universitetində (UFAZ) Total  E&P Absheron şirkəti-Strasburq Universiteti (Unstra) - UFAZ və Paşa Bank ASC - Strasburq Universiteti (Unistra)-UFAZ arasında keçirilən imzalanma mərasimində Paşa Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. 

Azərbaycan iqtisadiyyatından danışan T. Kazımov bank olaraq əsas məqsədlərini də açıqlayıb: "Əsas məqsədlərimizdən biri Azərbaycan iqtisadiyyatının dayanıqlığını təmin etməkdir. Əsas aktivimiz Paşa Bankın insan kapitalıdır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər