Bakıda Rusiya İxrac Mərkəzi açıldı

12:45 - 25.12.2017


25 dekabr, Fineko/abc.az. Bu gün Bakıda Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, Rusiya İxrac Mərkəzi şirkətlər qrupunun rəhbəri Pyotr Fradkovun iştirakı ilə,  Rusiya İxrac Mərkəzinin açılışı oldu.

Pyotr Fradkov açılış mərasiminin gedişatında bildirdi ki, Azərbaycanda RİM-nin nümayəndəliyi ölkələrimiz arasında ticarət dövriyyəsinin inkişafı  üçün əlavə güclü alət kimi çıxış edəcək.

“RİM, Azərbaycan bazarına Rusiyanın qeyri-xam məhsullarının  çıxarılmasında potensial maraqlı olan  ixracatçılar üçün yeni bir təkan olacaq,  Rusiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafına şərait yaradacaq. Bu isə da hər iki tərəfin xarici iqtisadi siyasətinin mühüm prioritetlərinə cavab verir,” – deyə P.Fradkov bildirdi.

RİM-nin Azərbaycanda nümayəndəliyinin rəhbəri vəzifəsinə Nuri Quliyev təyin edilib. TİM-nin Azərbaycanda nümayəndəliyi Rusiya ixracatçılarına  ölkənin bazarlarına malların və xidmətlərin təqdim edilməsi üçün, işgüzar missiyaların təşkilindən tutmuş maliyyə ölçülərinin işlənilməsinə qədər, hərtərəfli dəstək göstərəcək. 

 

 

 

Bütün xəbərlər