Bakıda elektriklə işləyən taksilər fəaliyyət göstərəcək – Artıq sifariş verilib

16:48 - 15.01.2020


15 yanvar, Fineko/abc.az. Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir. Bizim nazirliyin tabeliyində 1200 ədəd “London taksisi” vardır.

ABC.AZ xəbər verir ki, bunu prezidentin qəbulunda olarkən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quuluzadə bildirib.

Nazir bildirib ki, yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş edilib: “Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir. Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər