“PAŞA Həyat Sığorta” nazirliyin elan etdiyi tenderin qalibi oldu – Məbləğ 10 min manatdan yuxarıdı

16:58 - 15.01.2020


15 yanvar, Fineko/abc.az. Vergilər Nazirliyi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası xidmərinin satın alınması üçün elan etdiyi tender yekunlaşdırıb.

ABC.AZ xəbər verir ki, tenderin qalibi “PAŞA Həyat Sığorta” ASC-dir.

Artıq sözügedən tenderlə bağlı “PAŞA Həyat Sığorta” ilə müqavilə imzalayıb. Məbləği 10 min 688 manat olan müqavilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”nı nəzərdə tutur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər