Ötən günkü düşmədən sonra neftin qiymətləri yüksəlir

10:10 - 16.01.2020


16 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü  6 həftədə minimuma enəndən sonra cümə axşamı günü yüksəlişə doğru hərəkət edir.

Yanvarın 15-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi  $0,49 (0,76%) azalaraq bir barelə $64 təşkil etmişdir. Onların qiyməti saat 9:10-da $0,43 (0,67%) yüksələrək bir barelə $64,43 təşkil etmişdir.

Yanvarın 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasının bağlanışında “WTI” markalı neftin fevral fyuçersi $0,42 (0,72%) azalaraq bir barelə $57,81 təşkil etmişdir. Fyuçers qiyməti saat 9:10-da $0,41 (0,71%) artaraq bir barelə $58,22 təşkil etmişdir.

 

Bütün xəbərlər