İki dünya ticarəti nəhəngi razılaşdı – ABŞ-la Çin arasında müqavilə imzalandı

10:22 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. ABŞ-la Çin arasında ticarət razılaşması imzalanıb.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, razılaşmanı ABŞ prezidenti Donald Trampla Çin Dövlət başçısının köməkçisi Liu He Ağ Evdə təşkil edilən mərasimdə imzalayıb.

ABŞ prezidenti sözügedən razılaşmanı Çinlə ölkəsi arasındakı münasibətlərdə dönüş nöqtəsi olduğunu bildirib.

O, razılaşmanı iki ölkə arasında çox mühüm rol oynayacağını qeyd edib və anlaşmanın əhəmiyyətinə toxunub: “Bu razılaşma Çinlə daha əvvəl atılmamış çox əhəmiyyətli bir addımdır. Bu əvvəlki razılaşmalardan böyüklüyünə görə xeyli fərqlənir. Artıq ikinci mərhələ razılaşması üçün də işlərə başlamışıq”.

Çin Dövlət Başçısının köməkçisi Liu, razılaşmanın əhəmiyyətini vurğulayaraq iki ölkə arasındakı bu ticarət razılaşmasının yeni bir dövrün işarəsi olduğunu və bu əməkdaşlığın davam edəcəyinə inandıqlarını bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər