“Expressbank”-da bir gündə iki təyinat - ADLAR

10:33 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. “Expressbank”-da yeni təyinatlar olub.

ABC.AZ xəbər verir ki, bankın Pərakəndə Bankçılıq Departamentinin direktoru vəzifəsinə Tural Seyid təyin olunub.

Tural Seyid 8 ildir bank sistemində, son 5 ildir Expressbank-da müxtəlif vəzifələrdə işləyir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqstisadi münasibətlər” fakültəsini bitirib.

Tural Seyidlə yanaşı adıçəkilən bankda Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsinə də təyinat olub. Bu vəzifəyə isə Rüfət Əhmədzadə təyin olunub.

Qeyd edək ki, Rüfət Əhmədzadə 10 ildir bank sistemində çalışır. O, 2014-cü ildən etibarən “Expressbank”-da Biznesin İnkişafı Departamentinin tərkibində müxtəlif vəzifələrdə işləyir. Rüfət Əhmədzadə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsini bitirib.

Müəllif:Elmir Murad

 

Bütün xəbərlər