Azərbaycan Türkiyəyə elektrik enerjisinin ixracını artırıb - Hesabat

10:52 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. 2019-cu ildə Azərbaycan Gürcüstan üzərindən Türkiyəyə tranzit elektrik enerjisi ixracını 9 dəfə və ya 122 726 997,3 kVt-saat artıraraq 136 160 290,4 kVt-saata çatdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisinin Kommersiya Operatorunun (ESCO) illik hesabatında məlumat verilib.

Hesabata əsasən, bu göstərici 2018-ci ildə 13 433 293,1 kVt-saat təşkil edib. Təkcə ötən ilin dekabrında Azərbaycanın Gürcüstan üzərindən Türkiyəyə ixrac etdiyi elektrik enerjisinin həcmi isə 19 470 946,5 kVt-saat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər