Şəkər tozunun ixracı da artıb – 19 min ton

11:42 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. 2019-cu ildə Azərbaycandan ixrac olunan şəkər tozunun həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkədən 63 min tonadək şəkər tozu ixrac olunub.

İxrac olunan şəkər tozunun məbləğinə gəlincə bu 26,8 milyon ABŞ dolları təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə Azərbaycandan 24,9 milyon dollarlıq 44 min ton şəkər tozu ixrac olunub. Bu o deməkdir ki, Azərbaycan ötən il 2018-cu illə müqayisədə 19 min ton daha çox şəkər tozu sata bilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər