11:51 - 16.01.2020
16 Yanvar, Fineko/abc.az. ABŞ-ın “US News and World Report” jurnalının tərtib etdiyi reytinqdə Azərbaycan iqtisadi göstəricilərinə görə 61-ci pillədə qərarlaşıb.
ABC.AZ xəbər verir ki, Azərbaycan əvvəlki reytinqlə müqayisədə mövqeyini 9 pillə yaxşılaşdırıb.
“US News and World Report” jurnalının hüsabatına görə, reytinqin tərtibatçıları siyasi, iqtisadi, sosial, mədəniyyət, turizm və digər sahələr olmaqla 20 parametr üzrə təhlillər aparıblar. Azərbaycan “Biznesə başlamaq” reytinqində 5 pillə irəliləyərək 57-ci, “Sahibkarlığın inkişaf səviyyəsi” üzrə siyahıda isə 11 pillə yüksələrək 64-cü yerdə qərarlaşıb.
Reytinq “US News & World Report”, “BAV Consulting” konsaltinq şirkəti və Pensilvaniya Universiteti tərəfindən tərtib olunub.
Qeyd edək ki, 2016-cı ildəki reytinqdə Azərbaycan 60 ölkə arasında 53-cü, 2017-ci ildə 80 ölkə arasında 69-cu, 2018-ci ildə 64-cü, ötən il isə 70-ci yeri tutub.
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024
15 Aprel 2024