Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb – Rəqəmlər

12:01 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. Azərbaycanın xam neftini Türkiyə üzərindən dünya bazarına çatdıran Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 2019-cu ildə nəql olunan neftin həcmi məlum olub.

ABC.AZ "Botaş" şirkətinin hesabatına istinadən xəbər verir ki, sözügedən kəmərlə ötən il  233 milyon 175 min barel neft nəql edilib.

Hesabata əsasən, indiyədək Ceyhandakı dəniz terminalından 3 milyard 300 milyon barreldən çox neft tankerlərlə dünya bazarına göndərilib. Ötən il aylıq müqayisədə ən çox neft mayda (22 milyon 149 min barel) nəql olunub.

Qeyd edək ki, BTC boru kəməri 2006-cı ilin iyulunda istifadəyə verilib və uzunluğu 1.776 kilometrdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər