Azərbaycan və Rusiya birgə təchizat və istehsalın yaradılması prosesini aktivləşdirir

13:12 - 25.12.2017


25 dekabr, Fineki/abc.az. Bu gün Bakıda Rusiya İxrac Mərkəzinin açılışı oldu.

Açılış mərasimində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirdi ki,  RİM-nin Azərbaycanda açılışı  Rusiya məhsulunun  tədarükünü artırmaqla yanaşı, həmçinin birgə istehsalat zəncirləri və əlavə dəyər zəncirləri də yaratmağa imkan verəcək.

“Bu mövzunu, həmçinin bu kimi əməkdaşlığın mühümlüyünü biz, Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etmişik. Yalnız belə əməkdaşlıq vasitəsi ilə, bizim münasibətlərimiz inkişaf və difersifikasiya ediləcək”, - deyə nazir bildirib.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev öz növbəsində  bildirib ki,  Azərbaycan ilə Rusiya arasındakı münasibətlər bütün istiqamətlərdə daim inkişaf edir.

“İqtisadi münasibətlərə gəlincə,  ticarət dövriyyəsi daim artmaqdadır, investisiyalar inkişaf edir və bu günkü görüş, ticarət dövriyyəsinin və  qarşlıqlı investisiyaların artımı  üçün təməl qoyacaq istiqamətləri təyin etməyə imkan verəcək. Biz daim yeni alətlər tətbiq edirik və RİM-nin yaradılması bu alətlərdən biridir”, - bunu nazir Mustafayev deyib.

 

Bütün xəbərlər