Qiymətli kağızların yerləşdirilməsinə 1 milyard manat cəlb edilib – 10 ildə

14:30 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2019-cu il ərzində illik 3% dərəcəsi ilə ümumi həcmi 150 mln. manat olan ipoteka istiqrazları yerləşdirilib.

ABC.AZ Fondunun açıqladığı ilin yekunları hesabatına istinadən xəbər verir ki, ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Fond tərəfindən daxili kapital bazarında qiymətli kağızların yerləşdirilməsi vasitəsilə cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 1,005 mlrd. manata çatıb.

Bu vəsaitlər adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8%) maliyyələşdirilməsinə yönəldilib. Cəlb olunmuş vəsaitlərdən 281,1 mln. manat məbləğində istiqraz üzrə öhdəliklər tam şəkildə yerinə yetirilib. Hazırda Fondun dövriyyədə olan istiqrazlarının həcmi 723,9 mln. manat təşkil edir, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər