Azərbaycanda ixracın cəmi 10%-i qeyri-neft sektorunun hesabına olub - Ekspert

15:01 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. İqtisadçı ekspert Rövşən Ağayev açıqlanan 2019-cu il üzrə xarici ticarət statistikasına münasibət bildirib.

ABC.AZ xəbər verir ki, R. Ağayev qeyd edib ki, 2019-cu ildə ölkə ixracının 88%-ni 15 ölkə formalaşdırıb, əvvəlki il həmin göstərici 84% olmuşdu.

Bu o deməkdir ki, ixracın coğrafi konsentrasiyası artıb və bu mənfi tendensiyadır. Ekspertin sözlərinə görə, ixracımızdakı ilk 15 ölkənin tərkibində də dəyişiklik baş verib - Tayvan, Ukrayna və İndoneziya 15-liyi tərk edib, onları Çin, Britaniya və Tailand əvəzləyib. İlk 3-lük dəyişməyib - İtaliya, Türkiyə və İsrail: “İxracın cəmi 10%-i qeyri-neft sektorunun hesabına olub - 90% neft qaz srktorudur. 2019-cu ildə xam neftin orta ixrac qiyməti hər ton üçün 480 dollar olub - əvvəlki ildə 532 dollar olmuşdu. Təbii qazın hər tonunun ixrac qiyməti hər 1000 kub üçün 189 dollar olub - ötən ildə təxminən bu qədər olmuşdu. Qaz ixracında natural ifadədə 50%-ə yaxın artım var”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər