Mikayıl Cabbarov hədəflərdən danışdı - İxrac əhəmiyyətli dərəcədə genişləndirilməlidir

15:54 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. Qarşıda duran strateji vəzifə ortamüddətli dövrdə iqtisadi artımın dünya üzrə orta iqtisadi artımdan geri qalmamasını təmin etmək, uzunmüddətli dövrdə isə iqtisadi artım tempinin dünya üzrə artımı üstələməsinə nail olmaqdır.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 16-da ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

M.Cabbarov bildirib ki, bunun üçün hökumət qarşısında bir sıra hədəflər müəyyən edilib. Bunlar qeyri-neft əmtəə və xidmət ixracının əhəmiyyətli dərəcədə genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarətdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər