Alış-veriş zamanı pulun müəyyən hissəsi geri qaytarılacaq – Yaxın vaxtlarda prosesə başlanacaq

16:06 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. Ölkədə nəzarət-kassa aparatlarının quraşdırılması layihəsinin vacib mərhələsi başa çatır.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 16-da ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir Vergilər Məcəlləsinə edilən dəyişikliyə də toxunub: “Yaxın vaxtlarda Vergilər Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi nəticəsində istehlakçılara xərclədiyi ƏDV vergisinin məbləğinin müəyyən hissəsinin geri qaytarılması prosesi başlayacaq. Bu da, öz növbəsində, ictimai nəzarəti, istehlakçının marağını artıracaq. Nəzarət-kassa aparatlarının quraşdırılması və onlayn ödənişlərin edilməsi ictimai nəzarəti gücləndirəcək. Bunun üçün dövlət həm təşviq mexanizmi, həm də sanksiya alətləri üzərində işləyir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər