330x110
 

Özəlləşdirmə sahəsində yeniliklər gözlənilir - Nazirdən anons

16.01.2020,16:27


16 Yanvar, Fineko/abc.az. Azərbaycanda baş verən yeni iqtisadi proseslər, o cümlədən iqtisadiyyatda dövlətin rolunun azaldılması və özəl investisiyaların artırılması işləri çərçivəsndə özəlləşdirmə siyasətinə də yenidn baxılması gözlənilir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 16-da keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırərkən deyib.

Nazir qeyd edib ki, hazırda özəlləşdirmə ilə bağlı detallı iş planı və proqramın hazırlanması işləri davam edir: “Bu sənəd hazırlanıb digər qurumlarla razılaşdırılandan sonra dövlət başçısına təqdim ediləcək. Özəlləşdirmədə digər yenilik konseptual yanaşma da olacaq. Artıq indiyədək özəlləşdirməyə açılmış müəssisələrin vəziyyətinə baxaraq onların özəlləşdirilmə perspektivləri yenidən qiymətəndirilməli, yanaşmalar yenidən təhlil edilməlidir. Bu sahədə nəzərdə tutulan digər tədbir geniş özəlləşdirmə proqramları başlayandan sonra yaradılan dövlət əmlaklarının istifadəsinin səmərəliliyinin araşdırılması olacaq.  Onların yaradılmasından kifayət qədər müddət keçib və bu müddət imkan verir ki, biz bu əmlaklarının səmərəliliyini qiymətəndirək və bununla bağlı təkliflər hazırlayaq”.

Müəllif: Elmir Murad