330x110
 

Dəmiryolçuların maaşı kəskin artırılıb - 270 manatdan 549-a qaldırılıb

16.01.2020,16:44


16 Yanvar, Fineko/abc.az. Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də 18 170 nəfər çalışır.

ABC.AZ xəbər verir ki, bunu qurumun sədri Cavid Qurbanov kollegiya iclası zamanı deyib.

O qeyd edib ki, ötən il 1 046 nəfər işə qəbul olunub.

Kadrların işə qəbulu məsələsinə toxunan C.Qurbanov bildirib ki, prosesi tam elektronlaşdırılıb: “Mobil elektron test sistemi və elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları mərkəzləşdirilib. Müxtəlif ali təhsil müəssisələrindən olan 13 65 nəfər dəmir yollarında istehsalat təcrübəsi keçib. 5 341 əməkdaş müxtəlif təlimlərə cəlb olunub. Ötən il 51 əməkdaş “Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub. 49 nəfərə isə “Əmək veteranı” adı verilib. “2015-ci illə müqayisədə əmək haqqı 103% artırılaraq, 270 manatdan 549 manata qaldırılıb”.

Müəllif: Elmir Murad