330x110
 

Neftin qiymətləri yüksəldi

17.01.2020,10:03


17 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, ötən gün kəskin artımdan  sonra cümə günü ticarətində sabit olaraq qalır.

Yanvarın 16-da Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi  $0,62 (0,97%) artaraq bir barelə $64,62 təşkil etmişdir. Onların qiyməti saat 9:10-da $0,02 (0,03%) enərək bir barelə $64,60 təşkil etmişdir.

Yanvarın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin fevral fyuçersi $0,71 (1,23%) artaraq bir barelə $58,52 təşkil etmişdir. Fevral ayı üzrə fyuçers qiyməti saat 9:10-da $0,01 (0,02%) azalaraq bir barelə $58,51 təşkil etmişdir.