330x110
 

Azərbayanın bu şəhərinə bir ildə 40 min turist gəlib – 61 ölkədən

17.01.2020,11:03


17 Yanvar, Fineko/abc.az. 2019-cu ildə Naftalana olan turist səfərləri rekord həddə çatıb – şəhərə 61 ölkədən 40 min turist gəlib.

ABC.AZ xəbər verir ki, onlardan 12364 nəfəri xarici ölkələrdən gələnlər olub.

Turistlərdən Rusiya, Qazaxıstan, Özbəkistan, İsrail, Ukrayna Belarus, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveyt, Litvadan olan qonaqlar üstünlük təşkil edib. Bununla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Bəhreyn, Qətər, İran, Çin, Estoniya, Almaniya, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Qırğızıstan və Kanadadan olan turistlər də buradakı kurort və sanatoriyaların xidmətlərdən istifadə ediblər.

Qeyd edək ki, hazırda Naftalanda 10 turizm obyekti fəaliyyət göstərir və burada 1100 nəfər çalışır. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalan gün ərzində, ümumilikdə, 3 min 800-ə yaxın turistə müasir standartlara uyğun restoran, otel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq və həmin müəssisələrdə işləyənlərin sayı 1500-ə çatacaq. Bu, ümumi şəhər əhalisinin 15 faizini təşkil edir.

Müəllif: Elmir Murad