330x110
 

“Binə” və “Sədərək”də kassa aparatları quraşdırılacaq – Tarix açıqlandı

17.01.2020,11:15


17 Yanvar, Fineko/abc.az. “Binə” və “Sədərək”də sahibkarlarının kassa aparatsız işləyəcəkləri son tarix açıqlanıb.

ABC.AZ xəbər verir ki, sözügedən məsələ ilə bağlı 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Vergilər nazirinin müşaviri İlkin Vəliyev bildirib ki, kassa-nəzarət aparatları alan sahibkarlar dövriyyələrindən vergi qanunvericiliyinə uyğun vergiləri ödəyəcəklər.

O qeyd edib ki, Vergilər Nazirliyi 2021-ci ilin sonunadək bütün ticarət mərkəzlərində, o cümlədən Bakıdakı böyük “Binə” və “Sədərək” ticarət mərkələrində də kassa-nəzarət aparatları quraşdıracaq: “Binə” və “Sədərək” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlar pərakəndə ticarət qaydasında əldə etdikləri gəlirlərindən vergiyə cəlb olunmalıdırlar. Bütün ticarət mərkəzlərində, yarmarka və bazarlarda  kassa-nəzarət aparatlarının quraşdırılması mərhələli şəkildə aparılacaq və 2021-ci ildə tam başa çatdırılacaq. Nazirlər Kabinetinin təsdiq etdiyi qrafik üzrə kassa-nəzarət aparatlarının quraşdırılması 4 mərhələdə aparılır. Artıq 1-ci və 2-ci mərhələlər 2019-cu ildə başa çatıb. 3-cü mərhələ 2020-ci ildə icra ediləcək. 2021-ci ildə də 4-cü mərhələ icra edilərək bütün ticarət və xidmət obyektlərində kassa-nəzarət aparatlarının quraşdırılması başa çatdırılacaq”.

Müəllif: Elmir Murad