“Azəralüminium” logistik şirkətlə anlaşdı – Yüklərini Minskə daşıtdıracaq

11:30 - 17.01.2020


17 Yanvar, Fineko/abc.az. Gəncə sahəsindən alüminium rulon yükünün Minsk şəhərinə daşınmasını bundan sonra yeni şirkət həyata keçirəcək.

ABC.AZ xəbər verir ki, bununla bağlı “Azəralüminium” MMC yeni logistik- daşıma şirkəti ilə anlaşıb.

Belə ki, 400 tonluq alüminium rolonunu qeyd edilən məkana çatdırmaq üçün 2020-ci il ərzində “Paga-Trans Lojistik” MMC təmin edəcək.

Buna görə, şirkətə 51 400  dəyərində vəsait veriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər