Nazir “kölgə iqtisadiyyatı”ndan danışdı - Azalıb

11:46 - 17.01.2020


17 Yanvar, Fineko/abc.az. Vergi sahəsində aparılan islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”nın həcmi azalmaqdadır.

ABC.AZ xəbər verir ki, bunu yanvarın 16-da mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.

Nazir bildirib ki, 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7.672,6 milyon manata çatıb. Son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat həcmində azaldılıb.

Ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1 faiz yerinə yetirilib ki, bu da indiyədək əldə edilmiş ən yüksək göstəricidir deyən M. Cabbarov qeyd edib ki, qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və ya 9,1 faiz artaraq 5.432,3 milyon manata çatıb: “Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8 faiz təşkil edib, özəl sektorun qeyri-neft sektoru üzrə vergi daxilolmalarında xüsusi çəkisi isə 76,4 faiz olub. Qeyri-neft sektorunda könüllü vergi daxilolmalarının bu sektor üzrə daxilolmalarda xüsusi çəkisi 91,1 faizə çatıb. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6 faiz artıb”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər