Bu sahibkarlara imtina verilib – AQTA sədrindən açıqlama

12:32 - 17.01.2020


17 Yanvar, Fineko/abc.az. Qeydiyyat prosesinin optimallaşdırılması və şəffaflığın təmin edilməsi üçün elektron qeydiyyat sistemi yaradılıb.

ABC.AZ xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Q.Təhməzli qeyd edib ki, sözügedən sisitem artıq bütün ölkə üzrə tətbiq edilib. Qurum sədri sahibkarla keçirilən görüşlərə və aparılan işlərə də toxunub: “Hesabat dövründə 3900-dən çox sahibkarla görüşlər keçirilib. 2019-cu il ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 10 652 müraciət daxil olub. 2019-cu ildə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciət edən 10652 sahibkarlıq subyektindən 405-nə imtina verilib. Bu müraciətlərdən 10 247-si ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub ''.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər