330x110
 

“Kapital Bank” ili böyük məbləğli xalis mənfəətlə başa vurub - Hesabat

17.01.2020,14:55


17 Yanvar, Fineko/abc.az. “Kapital Bank” ASC 2019-cu ili 134 milyon 708 min manat xalis mənfəətlə başa vurub. Bu, Bankın idiyədək əldə etdiyi ən yüksək illik xalis mənfəətdir.

ABC.AZ bankın yerli maliyyə standartları əsasında hazırlanmış və audit olunmamış illik hesabatına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Kapital Bank”ın xalis mənfəəti 36 milyon 655 min manat və ya 37,4% artıb.

“Kapital Bank” 2018-ci ili 98 milyon 53 min manat xalis mənfəətlə bağlamışdı.

Qeyd edək ki, 2018-ci ildə 321 milyon 562 min manat təşkil etmiş faiz gəlirləri 2019-cu ildə 400 milyon 957 min manata, 2018-ci ildə 136 milyon 851 min manat təşkil etmiş qeyri-faiz gəlirləri isə 2019-cu ildə 170 milyon 345 min manata yüksəlib.