“Kapital Bank” depozitlər üçün 59 milyon 177 min manat faiz ödəyib – Bir ildə

15:24 - 17.01.2020


17 Yanvar, Fineko/abc.az. “Kapital Bank” 2019-cu ildə müştərilərə verilmiş kreditlərdən əldə etdiyi faiz gəlirlərini və müştərilərə depozitlərinə görə ödədiyi faizin məbləğini açıqlayıb.

ABC.AZ bankın illik hesabatına istinadən xəbər verir ki, ötən il “Kapital Bank”ın müştərilərə verdiyi kreditlərdən əldə etdiyi faiz gəlirləri 335 milyon 825 min manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildəkindən bu yana bu gəlir 80 milyon 65 min manat artıb. Bank 2018-ci ildə müştərilərə verilmiş kreditlərdən 255 milyon 760 min manat faiz gəliri əldə etmişdi.

2019-cu ildə “Kapital Bank” depozitlər üzrə 59 milyon 177 min manat faiz ödəyib. 2018-ci ildə bu rəqəm 69 milyon 121 min manat idi. Beləliklə, Bankın depozitlər üzrə ödədiyi faiz 9 milyon 944 min manat azalıb.

2018-ci ilin sonu ilə müqayisədə “Kapital Bank”ın cəmi aktivləri 11,4% artaraq 2019-cu ilin sonunda 4 milyard 143 milyon 322 min manata, müştərilərə verilən kreditlər 21,3% artaraq 1 milyard 821 milyon 222 min manata, depozitlər isə 9,7% artaraq 3 milyard 235 milyon 996 min manata çatıb.

Müəllif:Elmir Murad

Bütün xəbərlər