Bu bank müştərilərə verilmiş cəmi kreditlərini artırıb - 320 milyon manatdan çox

15:38 - 17.01.2020


17 Yanvar, Fineko/abc.az. “Kapital Bank” ASC 2018-ci illə müqayisədə 2019-cu ildə istehlak kreditləri portfelini 346 milyon 650 min manat və ya 35% artırıb.

ABC.AZ xəbər verir ki, 2018-ci ilin sonunda Bankın istehlak kreditləri portfeli 988 milyon 140 min manat ikən, 2019-cu ilin sonunda 1 milyard 334 milyon 790 min manata çatıb. Ötən il Bankın biznes kreditləri portfeli 37 milyon 342 min manat azalaraq 433 milyon 892 min manata düşüb. 2018-ci ilin sonunda “Kapital Bank”ın biznes kreditləri portfeli 471 milyon 234 min manat idi.

2019-cu ildə “Kapital Bank”ın daşınmaz əmlak kreditləri portfeli isə 11 milyon 28 min manat artaraq 52 milyon 541 min manata yüksəlib. Ümumiyyətlə 2019-cu ildə “Kapital Bank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 320 milyon 334 min manat və ya 21,3% artaraq 1 milyard 821 milyon 222 min manata çatıb.

Ötən il ərzində müştərilərə verilmiş xalis kreditlər (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric kredit portfeli) 209 milyon 970 min manat artaraq 2019-cu ilin sonunda 1 milyard 501 milyon 354 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər