Mümkün zərərlər üçün məqsədli ehtiyatı artırıb - "Kapital Bank”

15:53 - 17.01.2020


17 Yanvar, Fineko/abc.az. 2019-cu il "Kapital Bank"ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatı 110 milyon 365 min manat və ya 52,6% artaraq 319 milyon 869 min manata qalxıb.

ABC.AZ bankın illik hesabatına istinadən xəbər verir ki, bu ehtiyat Bankın qeyri-standart aktivləri üzrə zərərin ödənilməsi üçün yaradılan xüsusi fonddur. Qeyri-standart aktivlər - "qeyri-qənaətbəxş", "təhlükəli" və "ümidsiz" aktivlərdir.

Qeyd edək ki, "Kapital Bank" 19%-dən başlayan illik faiz dərəcələri ilə 48 ayadək və 20 min manatadək istehlak kreditləri təklif edir. Tələblərə görə, rəsmi gəliri, yaş həddi 18-70 aralığında olan və son iş yerində minimum 3 ay stajı olan şəxslər Banka kredit üçün müraciət edə bilərlər. Təqaüdçülər üçün bu tələblər yoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər