Beynəlxalq Bankın faiz xərcləri azalıb, gəlirləri isə artıb - Hesabat

10:05 - 21.01.2020


21 Yanvar, Fineko/abc.az. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2019-cu ildə həm faiz, həm də qeyri-faiz gəlirləri artıb.

ABC.AZ Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki 2018-ci illə müqayisədə 2019-cu ildə “Azərbaycan Beynəlxalq Bankı”nın faiz gəlirləri 26 milyon 840 min manat və ya 6,5% artaraq 441 milyon 940 min manat, qeyri-faiz gəlirləri isə 27 milyon 352 min manat və ya 23,6% artaraq 143 milyon 411 min manat təşkil edib.

2018-ci illə müqayisədə 2019-cu ildə “Azərbaycan Beynəlxalq Bankı”nın faiz xərcləri 20 milyon 224 min manat və ya 17% azalaraq 98 milyon 161 min manat, qeyri-faiz xərcləri isə 48 milyon 442 min manat və ya 41,3% artaraq 165 milyon 669 min manat təşkil edib. 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər