Beynəlxalq Bankın verdiyi kreditlər 2 milyardı ötdü - Hesabat

10:50 - 21.01.2020


21 Yanvar, Fineko/abc.az. 2018-ci ilin sonu ilə müqayisədə 2019-cu ildə Beynəlxalq Bankın cəmi aktivləri 1 milyard 290 milyon 590 min manat arataraq 9 milyard 223 milyon 361 min manata, o cümlədən müştərilərə verilmiş kreditlər 451 milyon 952 min manat artaraq 2 milyard 374 milyon 984 min manata yüksəlib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2019-cu il üçün açıqladığı maliyyə göstəricilərində qeyd olunub.

Hesabata əsasən, 2018-ci illə müqayisədə 2019-cu ildə “Azərbaycan Beynəlxalq Bankı” nın cəmi depozit portfeli 1 milyard 277 milyon 242 min manat və ya 29,3% artaraq 5 milyard 635 milyon 108 min manata, o cümlədən hüquqi şəxslərin depozitləri 1 milyard 228 milyon 516 min manat və ya 38,1% artaraq 4 milyard 447 milyon 503 min manata, fiziki şəxslərin depozitləri isə 48 milyon 727 min manat və ya 4,3% artaraq 1 milyard 187 milyon 605 min manata yüksəlib.

Qeyd edək ki, 31 Dekabr 2019-cu il tarixində Beynəlxalq Bank 1 milyard 130 milyon 755 min manat məcmu kapitala malik olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər