Bu gün Bakıda Azərbaycan-Rusiya işgüzar sazişlər imzalanıb

15:19 - 25.12.2017


25 dekabr, Fineko/abc.az. Bu gün Bakıda işgüzar səviyyədə bir sıra Azərbaycan-Rusiya sənədləri imzalanmışdır.

Sənədlər, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan biznes şuralarının Bakıda keçirilən genişləndirilmiş iclası  çərçivəsində imzalanıb.

Əməkdaşlıq haqqında memorandumlar aşağıdakı şirkətlər tərəfindən imzalandı:

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Rusiya İxrac Mərkəzi” ASC;

Azərbaycanın “Gravity” şirkəti və Rusiyanın “Lato” şirkəti;

"Hovers Lighting System Solution" yerli şirkət və Rusiyanın “Realed” şirkəti;

“AzProtein” və  “Qurman” şirkətləri;

Azərbaycanın "Silk Way Airlines" şirkəti və “Rusiya İxrac Mərkəzi” ASC və Rusiyanın "İlyuşkin Finans Ko" şirkəti.

 

 

Bütün xəbərlər