330x110
 

AMB valyuta hərracı keçirib

21.01.2020,13:49


21 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirib.

“Yanvarın 21-də keçirilmiş valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,70 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

Daha əvvəlki, yanvarın 16-da keçirilmiş valyuta hərracında ortaçəkili məzənnənin səviyyəsi həmçinin  1,70 AZN/1 USD təşkil etmişdir.