Azərbaycan xaricə 59.6 min unsiya qızıl satıb – Ötən il

14:31 - 21.01.2020


21 Yanvar, Fineko/abc.az. 2019-cu ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasilat göstəriciləri 55 min unsiya qızıl və 103 min unsiya gümüş olub.

ABC.AZ QSC-yə istinadən xəbər verir ki, bu göstərici 2018-ci il ilə müqayisədə 9.74 min unsiya (21.3%) qızıl və 25.74 min unsiya (33.2%) gümüş çoxdur.

2019-cu ildə “AzerGold” tərəfindən beynəlxalq bazarda 59.6 min unsiya qızıl və 110.9 min unsiya gümüş satılıb. Bu göstərici isə 2018-ci il ilə müqayisədə 14.6 min unsiya (33%) qızıl və 34.6 min unsiya (47%) gümüş çoxdur.

“AzerGold” QSC-nin hasilat və satış göstəricilərində olduğu kimi bütün növ vergi ödənişlərində də artım qeydə alınıb. Belə ki, 2019-ci ildə dövlət büdcəsinə ümumilikdə 13 milyon 487 min 739 AZN vəsait ödənilib. Ötən il bu məbləğ 12 milyon 644  min 465 AZN təşkil edib. 2019-cu ildə büdcə ödənişləri ötən illə müqayisədə 843 274 AZN, yəni 6.67% artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər