330x110
 

Azərbaycan ötən il nə qədər meyvə-tərəvəz ixrac edib? – Komitəsən açıqlama

21.01.2020,14:55


21 Yanvar, Fineko/abc.az. 2019-cu ildə Azərbaycan 605 milyon 816 min ABŞ dolları dəyərində 628 milyon 51 min ton meyvə-tərəvəz ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə müvafiq olaraq 46 milyon 188 min dollar (8,25%) və 7,481 min ton (1,2%) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 3,1 faizini təşkil edib.

Belə ki, 2019-cu ildə Azərbaycan xarici ölkələrə 174.548 min ton tomat ixrac edib. İxrac edilən pomidorun ümumi dəyəri 189,292 milyon dollar təşkil edib. Pomidor ixracı Azərbaycanın ümumi ixracının 1 faizini təşkil edib.

Ötən il ərzində Azərbaycan 22,639 min ton meşə fındığı da ixrac edib. Bu növ məhsulun ixracından əldə edilən gəlir isə 125,621 min dollar olub. Meşə fındığı ixracı ölkəmizin ümumi ixracının 0,6 faizini təşkil edib. Həmçinin ötən il ərzində Azərbaycan alma ixracından 40,986 milyon dollar gəlir əldə edib. Azərbaycan almasının ixracının həcmi isə 96,892 min ton olub ki, bu da ümumi ixracda 0,2 faiz pay deməkdir.

Bundan başqa, 2019-cu il ərzində Azərbaycan 146,076 min ton xurma ixrac edib. Bu növ məhsulun ixracından ölkəmiz 104,660 milyon dollar vəsait əldə edib. Xurma ixracı ölkənin ümumi ixracında 0,5 faiz paya malik olub.

Müəllif: Elmir Murad