330x110
 

Azərbaycanla Çin arasındakı ticarət dövriyyəsi açıqlanıb - 2 milyard dollardan çox olub

21.01.2020,15:08


21 Yanvar, Fineko/abc.az. 2019-cu il ərzində Azərbaycan və Çin arasında ümumi dəyəri 2 milyard 184 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2018-ci ilin 12 aylıq göstəricisi ilə müqayisədə 873 milyon 947 min dollar və ya 66,7 faiz çoxdur.

2019-cu il ərzində iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 6,56 faizinə bərabər olub.

2019-cu il ərzində Azərbaycanın Çinə ixracının həcmi 752 milyon 162 min dollar təşkil edib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 638 milyon 589 min dollar və ya 6,62 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın Çindən idxalı isə 1.432.031,37 dollar təşkil edib ki, bu da 2018-ci ilin göstəriciləri iə müqayisədə 235 milyon 357 min dollar və ya 19,67 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycanın Çin ilə ixracdakı payı ümumi ixracın 3,83 faizinə, idxaldakı payı isə ümumi idxalın 10,48 faizinə bərabərdir.

Müəllif: Elmir Murad