Dövlət şirkətin nizamnamə kapitalı kəskin artırıldı – 13 milyon 668 min 498 manat oldu

15:53 - 21.01.2020


21 Yanvar, Fineko/abc.az. “Azəristiliktəchizat” ASC-nin nizamnamə kapitalı kəskin artırılıb.

ABC.AZ şirkətə istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 27 min 337 manatdan 13 milyon 668 min 498 manata çatdırılıb.

Qeyd edək ki, “Azəristiliktəchizat” prezidentin “İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 8 iyun 2005-ci il tarixli sərəncamına əsasən yaradılıb.

Şirkət Azərbaycanda yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər