Palatanın Mərkəzi Bankla birləşməsi prosesi tam şəkildə başa çatdırılıb – ÖZƏL

16:24 - 21.01.2020


21 Yanvar, Fineko/abc.az. Bildiyiniz kimi ötən il Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilərək səlahiyyətləri Mərkəzi Banka həvalə edilib. Sözügedən prosedur artıq tam yekunlaşıb.

Bunu ABC.AZ-ın sorğusuna cavabında Mərkəzi Bankdan bildiriblər.

Ölkənin əsas bankından sorğumuza cavab olaraq bildiriblər ki, maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Bankla birləşməsi prosesi tam şəkildə başa çatdırılıb. Belə ki, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti, istehlakçılarla iş sahəsində faəliyyət göstərən struktur bölmələr artıq formalaşdırılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər