Əsas kapitala 17 milyard manatdan çox vəsait yönəldilib – Ötən ildə

16:52 - 21.01.2020


21 Yanvar, Fineko/abc.az. 2019-cu ildə Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17.184,3 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 65,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 4.397,6 milyon manatı dekabr ayının payına düşüb.

İllik ümumi sərmayənin 66,3 faizi məhsul istehsalı sahələrinə, 25,8 faizi xidmət sahələrinə, 7,9 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,8 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52 faiz, büdcə vəsaitləri 28,3 faiz, bank kreditləri 12 faiz, əhalinin şəxsi vəsaitləri 5,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,2 faiz, sair vəsaitlər isə 0,8 faiz paya malik olub.

 

Bütün xəbərlər