Dünən 7 dollara yaxın bahalaşan qızıl bu gün xeyli ucuzlaşdı – Birja

10:08 - 22.01.2020


22 Yanvar, Fineko/abc.az. Dünya birjalarında ticarət olunan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, qiymətlərin yanvarın 21-i ilə müqayisədə 5 dollara yaxın ucuzlaşması iş adamlarını təəccübləndirib.

Belə ki, dünən (yanvarın 21) qızılın unsiyasının qiyməti 6,30 dollar bahalaşaraq 1 566,60 dollara ticarət olunduğu halda bu gün əksi baş verib.

Qızılın unsiyasının qiyməti sonuncu hərraclarda 5,40 dollar ucuzlaşaraq 1 552,50 dollara saytılıb. Qızılla müqayisədə cüzi ucuzlaşan gümüş isə 0,07 dollar azalaraq 17,74 dollara satılıb.

 

 

Bütün xəbərlər