330x110
 

Kirayə evlərin qeydiyyatına müraciət etmək olmur – Sistem çökdü

22.01.2020,10:40


22 Yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün müraciətlər bu gün qeydiyyata alınmalı idi.

Amma hazırda müraciət olunmalı olan onlayn sistemə daxil olmaq mümkün deyil.

ABC.AZ xəbər verir ki, saat 10:00-da qeydiyyata start verilməli olsa da bir çox müraciət edənlər e-gov.az portalının ipoteka bölümünə daxil ola bilmədiklərini deyirlər.

Müraciət edənlər sistemə daxil ola bilməmələrini çox yüklənmə ilə əlaqələndirir.

Qeyd edək ki, bundan əvvəl belə hal sosial mənzillərin satışında da yaşanmışdı. Belə ki, sözügedən sistemin də ilk mərhələlərində onlayn sistem çökdüyü üçün mənzillərin satış nəticələri ləğv edilib, təkrar satış həyata keçirilmişdi.

Müəllif: Elmir Murad