Külək elektrik stansiyalarında nə qədər elektrik enerjisi istehsal olunub?

11:22 - 22.01.2020


22 Yanvar, Fineko/abc.az. Ötən il Azərbaycanda külək və günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb.

Belə ki, il ərzində Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 106,2 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, il ərzində ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 42,3 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

 

 

Bütün xəbərlər