Bu sektorda da məhsul istehsalı böyüyüb – 15 faizə yaxın

12:22 - 22.01.2020


22 Yanvar, Fineko/abc.az. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,3 faiz artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,2 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 3,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 27,7 faiz artıb. 2018-ci illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,7 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,5 faiz artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər