330x110
 

AMB depozit hərracında 28 gün müddətinə 100 mln. manat cəlb edib

22.01.2020,12:41


22 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün 100 mln. manat cəlb edib.

“AMB yanvarın 22-də növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 592,2  mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 28 gün müddətinə cəlb edilib.   

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.