330x110
 

“Əmlak Xidmətləri Məkanı”-nın tikintisi üçün 5 milyon manata yaxın müqavilə imzalandı – Xaçmazda olacaq

22.01.2020,12:46


22 Yanvar, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz şəhəri, Bakı prospekti ünvanında “Əmlak Xidmətləri Məkanı” tikiləcək.

ABC.AZ xəbər verir ki, Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi "Aznof" MMC ilə müqavilə bağlayıb.

Məbləği 4 milyon 707 min 900 manat olan müqavilə "Xaçmaz şəhəri, Bakı prospekti ünvanında inşa ediləcək “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasının tikintisi işlərinin” satın alınmasını nəzərdə tutur.

Müəllif: Elmir Murad