“Şahdəniz” qazının ixracı 24%-dən çox artıb – Ötən il

14:16 - 22.01.2020


22 yanvar, Fineko/abc.az. 2019-cu ildə Azərbaycanın magistral qaz kəmərləri ilə 27 512,7 mln. kubmetr qaz nəql edilib.

ABC.AZ xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilə nisbətən 17,1% artım müşahidə olunub.

Ötən il qazın nəqlinin 37,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, bu kəmərlə 10 417,8 mln. kubmetr qaz ötürülüb. Bu isə 2018-ci illə müqayisədə 24,2% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər