330x110
 

Azərbaycanda bu qədər vaxtı keçmiş kredit var – Dövlət Komitəsindən açıqlama

22.01.2020,14:32


22 yanvar, Fineko/abc.az. Azərbaycandakı vaxtı keçmiş kreditlərin məbləği açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,3 faizini təşkil edib.

 Komitənin məlumatına görə, 2019-cu il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 116,4 milyon manat təşkil edib. Onun 12 milyard 108,7 milyon manatı uzunmüddətli kreditlər olub.

Həmçinin "illik müqayisədə 2019-cu ilin dekabr ayında bank və digər kredit təşkilatlarının kredit portfeli 2 milyard 552,4 milyon manat və yaxud 20% artdığı qeyd edilir.

Müəllif: Elmir Murad