Azərbaycanda bank və sığorta sektorunda işləyənlərin sayı açıqlanıb – İlginc rəqəmlər var

15:01 - 22.01.2020


22 yanvar, Fineko/abc.az. Azərbaycanda bank və sığorta sektorunda çalışanlanrın sayı açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu il dekabr ayının 1-i olan məlumata  görə, Azərbaycanda bank və sığorta sektorunda çalışanların sayı 27,7 min nəfərdir.

Bu sektorda çalışanların böyük əksəriyyəti, 22,6 min nəfəri özəl bank və sığorta şirkətlərində çalışanlar olub. Bu sektorda  çalışanların cəmi 5,1 min nəfəri dövlət müəssisələrində işləyənlər olub.

Qeyd edək ki, ümumilikdə ölkədə muzdla çalışan işçilərin sayı 1 644,3 min nəfər təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər