Dolların güclü olmasını istəyirəm – Donald Tramp

15:37 - 22.01.2020


22 yanvar, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp yerli telekanallardan birinə müsahibəsində dollardan danışıb.

 ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda iştirak edən D.Tramp bildirib ki, dollar çox güclü və qüdrətlidir. “Bu qulağa gözəl gəlir, bir çox tərəfdən yaxşıdır, ancaq emal sektoru nəzərə alındığında çox pisdir” deyə ABŞ lideri əlavə edib. O, qeyd edib ki, faizlər daha da aşağı salınmalıdır: “Dolların güclü olmasını istəyirəm, dolların çox güclü olmasını istəyirəm. Dolların müdhiş olmasını istəyirəm. Ancaq əgər faizləri salsanız, çox çox yaxşı şey olacaq".

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər