330x110
 

Neft, ötən günkü düşmədən sonra ucuzlaşır

23.01.2020,09:58


23 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü ticarətində xeyli düşəndən sonra cümə axşamı günü enməkdə davam edir.

Yanvarın 22-i Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi  $1,38 (2,14%) düşərək bir barelə $63,21 təşkil etmişdir. Onun qiyməti saat 9:15-də daha $0,92 (1,46%) enərək bir barelə $62,29 təşkil etmişdir.

Yanvarın 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $1,7 (2,91%) aşağı yuvarlanaraq bir barelə $56,64 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:15-də daha $0,99 (1,74%) enərək bir barelə $55,75 təşkil etmişdir.